"Xəzər Lənkəran" avtobusun güdazına gedib
- 24 Fev 2020 12:00
- 1356
Xəbər verdiyimiz kimi fevralın 11-də AFFA İntizam Komitəsinin iclaslnda “Xəzər Lənkəran”ın U-17 komandasına texniki məğlubiyyət verilib. Səbəb komandanın "Səbail"lə səfər matçına vaxtında gedib çıxa bilməməsidir.
Rekord.az xəbər verir ki, problemin yaranmasının səbəbi komandanın avtobusu ilə bağlı olub.
Belə ki avtobusda texniki nasazlıq yaranıb. Problemin yüngül olduğu zənn edilsə də hər şey əksinə olub. Təmirin uzandığını görən klub nümayəndələri məsələ ilə bağlı AFFA-ya zəng vuraraq oyunun bir gün sonraya keçirilməsini xahiş etsələr də federasiya zəngin çox gec oldğunu bilirərək lənkəranlıların xahişini yerinə yetirə bilməyib.