Moldovanın “Kodru” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Lozova təmsilçisi bu posta Denis Kalinkovu gətirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Simeon Bulqarunu əvəzləyən 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Moldovalı veteran yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Spikul" komandasında məşqçi kimi çalışıb.

Kalinkov futbolçu karyerası dövründə Azərbaycanda "Xəzər Lənkəran"ın formasını geyinib (2009/10 mövsümündə).