"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi koronavirusa yoluxdu
- 05 Fev 2021 15:45
- 606
Hazırda Rumıniya "Viitorul"una rəhbərlik edən "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik və iki köməkçisi koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, həmin şəxslər ikinci məşqçi Sorin Radoy və qapıçılarla iş üzrə məşqçi Ştefan Predadır. Bununla əlaqədar Rednik qarşıdakı iki həftə müddətində məşqləri onlayn qaydada keçəcək.
Oyunlar vaxtı isə texniki zonadan komandaya Katalin Angel və Kristian Sava rəhbərlik edəcək.
Mirça Rednik "Viitorul"a 2020-ci ilin dekabrında baş məşqçi təyin olunub. Bu klub 20 oyundan 25 xalla 8-ci pillədə qərarlaşıb.
Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"nın baş məşqçisi olub. "Ağ-yaşıllar" onun rəhbərliyi dövründə 2010/2011 mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıb.