Son günlər mətbuatda “Xəzər Lənkəran”ın stadionunun satışa çıxarılması haqda məlumatlar yayılıb.

 

Rekord.az-ın məsələ ilə bağlı qısa araşdırmasından və Lənkərandakı mənbələrindən əldə etdiyi məlumatdan sonra bəzi maraqlı məqamlar ortaya çıxıb.

 

İlk növbədə ondan başlayaq ki, hazırda stadionun satılması gündəmdə deyil. Stadion həmişəki kimi, “Xəzər Lənkəran”ın mülkü sayılır. Amma stadionun heç vaxt satılmayacağı kimi bir qərar da yoxdur. Yəni potensial alıcı olsa, stadion satıla bilər. Lakin bir məsələ var ki, alan şəxs tək stadionu almayacaq. Yəni kimsə Lənkəran stadionunu almaq fikrinə düşsə, arena ilə yanaşı ərazidə yerləşən oteli, bazanı, hovuz kompleksi və s. məkanları da almalıdır. Bu isə çox böyük məbləğ edir. Yəni indiki halda bu məbləği ödəyəcək real müştərinin olacağı inandırıcı görünmür.