"Xəzər Lənkəran"ın taleyi necə olacaq?
- 18 Avq 2021 15:00
- 955
Bir ara mətbuatda Lənkəran stadionunun və "Xəzər Lənkəran"ın iranlı iş adamına satılacağı haqda məlumatlar yayıldı.
Lakin Rekord.az-ın apardığı qısa araşdırma zamanı məlum oldu ki, əslində realda ciddi heç nə yoxdur.
Stadion və klub Mənsimovun şəxsi mülküdür.Lakin bu günə kimi nə stadiona, nə də klubla bağlı ona heç bir müraciət olunmayıb. 2-ci, 3-cü şəxslərin vasitəsi ilə müəyyən məlumatlar yayılır. Lakin rəsmi olaraq heç bir müraciət yoxdur. Hazırda stadion da, klub da faktiki fəaliyyətini dayandırıb və fəaliyyət göstərmir. Heç Mənsimov da rəsmi şəkildə nə klubu, nə də stadionu satışa çıxardıb.