Bakının  Xəzər rayonunda "Heydər Əliyev İli" çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında nərd yarışı keçirilib.

Rekord.az xəbər verir ki, martın 30-da Xəzər Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə 156 nömrəli tam orta məktəbin idman zalında "Heydər Əliyev İli"nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin kişi və qadın müəllimləri arasında nərd yarışı təşkil edilib.

Yarışın açılış mərasimində ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və oyunun baş hakimi Hakim Xəlilov və hakim Rəşad Rəhimov iştirak ediblər.

Yarışın yekun nəticələrinə əsasən kişilər arasında keçirilən yarışa görə birinci yerə Şərif Əliyev (262 nömrəli tam orta məktəb), ikinci yerə Vüqar Məmmədov (185 nömrəli tam orta məktəb) və üçüncü yerə Eldar Rzayev (124 nömrəli tam orta məktəb) layiq görülüblər.

Qadınlar arasında olan yarışın nəticələrinə əsasən birinci yerə Rəhilə Baxşıyeva (149 nömrəli tam orta məktəb), ikinci yerə Qənirə Məmmədova (322 nömrəli tam orta məktəb) və üçüncü yerə isə Vüsalə Məmmədova (185 nömrəli tam orta məktəb) layiq görülüblər. Qalib şəxslər Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif ediliblər.