“Xəzri” vahid liderə çevrildi
- 09 Fev 2024 00:43
- 200
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 14-cü turunun növbəti oyunu baş tutub.
Rekord.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan "Xəzri" qələbəsi olmayan "Şəki" klubu ilə qarşılaşıb.
Paytaxt təmsilçisi rəqibini 94:85 hesabı ilə məğlub edib. Bu qələbə ilə "Xəzri" (26 xal) turnir cədvəlində "Sabah"ı (25 xal) geridə qoyaraq vahid lider olub.
Ən məhsuldar basketbolçular "Xəzri"dən Yusuf Mohamed (23 xal, 6 ribaund), "Şəki"dən Pol Dibal (23 xal, 6 ribaund) olublar.