Yeni yaranmış "Xocalı" Futbol Klubu bu ildən etibarən AFFA-nın bayrağı altında keçiriləcək uşaq liqasında iştirak edəcək.

Bu haqda məlumatı Rekord.az-a klubun təsisçisi və prezidenti İlkin Hacıyev məlumat verib.

Onun sözlərinə görə, çempionayda bir komanda ilə təmsil olunacaqlar: "AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarının yenidən bərpa olunması xəbəri bizi çox sevindirdi. Çünki uşaqların daha da inkişafı üçün çempionatın keçirilməsi mütləq vacibdi. Bu mənada bu xəbəri sevinclə qarşıladıq və bütün komandalara uğurlar arzulayırıq. "Xocalı" FK bu yarışda U-12 komandası ilə təmsil olunacaq. Klub olaraq məqsədimiz ölkə futbolu üçün yaxşı futbolçular yetişdirməkdir. Hazırda komandamızda potensiallı uşaqlar da çoxdur və inanıram ki, yaxın illərdə onların arasından milli səviyyəsindı futbolçular çıxacaq".

 

Hacıyev həmin istedadlı futbolçulardan üçünün artıq "Sumqayıt"a transfer olunduğunu da açıqladı: "Bu yaxınlarda 3 futbolçumuz "Sumqayıt" Futbol Akademiyasına transfer olundu. Bunlar Ənvər Tağıyev, Ömər Cəfərov və Murad Nağıyevdi. Hər üçün 2009-cu il təvəllüdlüdür. Hər 3 futbolçunun bizimlə müqaviləsi olsa da, müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib oların "Sumqayıt"a keçidinə şərait yaratdıq. Bu addımı Azərbaycan futbolunun inkişafı naminə atdıq. Çünki bizdə U-13 komandası uşaq liqasında oynamayacaq. Belə olan halda, həmin yaşdan olan istedadlı futbolçularımızın daha güclü klublarda oynamasına özümüz şərait yaradırıq. "Xocalı" FK olaraq, fəaliyyətimizi bundan sonra da bu yöndə quracağıq. Əsas hədəfimiz bayaq qeyd etdiyim kimi, Azərbaycan futboluna fayda verməkdiş