2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir kiki, müdafiəçi Cəmaləddin Xocaniyazov qarşıdakı 2 mövsümdə də bu komandanın uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Cəmaləddin geridə qalan 2019/20 mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub. Müdafiəçi oynadığı matçlarda 1 məhsuldar ötürmə etməyi də bacarıb.