![photo](https://www.rekord.az/storage/uploads/5/csm-230816-majer-vfl-wolfsburg-12d94917b2.jpg)
Xorvat futbolçu “Renn”i Almaniya klubuna dəyişdi
- 16 Avq 2023 17:19
- 308
“Renn”in yarımmüdafiəçisi Lovro Mayer “Volfsburq”un futbolçusuna çevrilib.
Rekord.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı xorvatla 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
O, yeni komandasında 19 nömrəli formada çıxış edəcək.
Bu transfer “Volfsburq”a 30 milyon avroya başa gəlib.
Mayer 2021-ci ildən “Renn”də çıxış edirdi. O, Fransa klubunda 79 oyun keçirib, 9 qol vurub və 16 məhsuldar ötürmə edib.