Xorvat futbolçu üçün 12,8 milyon avro ödədilər
- 09 Avq 2023 12:30
- 291
“Torino” ötən yay “Vest Hem”dən icarəyə götürdüyü yarımmüdafiəçi Nikola Vlaşiçin transfer hüquqlarını alıb.
Rekord.az xəbər verir ki, turinlilər bunun üçün İngiltərə klubuna 12.8 milyon avro ödəyiblər.
27 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə 4+1 illik müqaviləyə imza atıb.
Geridə qalmış 2022/2023 mövsümündə Vlaşiç icarə əsasında məhz “Torino”da çıxış edib. Xorvat futbolçu 37 oyuna çıxıb, 5 qol vurub, 8 məhsuldar ötürmə verib.