Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turuna start verilib.

Rekord.az xəbər verir ki, turun və günün ilk oyununda Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.

Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.

Xatırladaq ki, xorvatlar B qrupunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

AÇ-2024
B qrupu
19 iyun

Xorvatiya – Albaniya 2:2
Qollar: A.Kramariç, 74. K.Qyasulya, 76-öz qapısına - K.Laçi, 11. K.Qyasulya, 90+5.
Baş hakim: Fransua Leteksye (Fransa).
Hamburq. “Volksparkstadion”.