Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliçlə yeni müqavilə imzalanıb.

Rekord.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə Daliçlə müddəti 2022-ci ildə başa çatacaq yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. 

Qeyd edək ki, xorvat mütəxəssis 2017-ci ildən ölkəsinin millisini çalışdırır. Sözügedən komanda onun rəhbərliyi altında DÇ-2018-in gümüş medallarını qazanıb.