"Xoşbəxtlikdən Azərbaycan millisinin qolu sayılmadı"
- 29 Okt 2019 16:43
- 788
Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla matçı xatırladıb.
Rekord.az-ın məlumatına görə, o, Macarıstan mətbuatına müsahibəsində yığmamıza səfərdə 1:0 hesabı ilə qalib gəldikləri görüş haqda da danışıb:
“Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra psixoloji sarsıntıdan çıxmaq üçün iki gün vaxtımız var idi. Güclü rəqiblə qarşılaşırdıq.Azərbaycan yığması ilə görüşdə çox qol imkanı yaratdıq və bunlardan birində istəyimizə çatdıq. Xoşbəxtlikdən buraxılan qol hakimin səhvi üzündən sayılmadı”.