İtaliyanın “Fiorentina” klubunun ispan hücumçusu Xose Kalyexonda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Koronavirus testi müsbət nəticə verən futbolçu karantinə alınıb. 33 yaşlı forvardın simptom göstərmədiyi bildirilir.