Xosep Qvardiolanın anası koronavirusdan öldü
- 06 Apr 2020 19:00
- 704
İngiltərənin “Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası Dolors Sala dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Sala 82 yaşında Barselonada vəfat edib. Qadının ölümünə koronavirus infeksiyasına yoluxması səbəb olub.