Xuan Kamara rəsmən “Sabah”da
- 08 İyl 2021 13:30
- 637
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, ispaniyalı vinger Xuan Kamara bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.
Kamara karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.
“Sabah”ın yeni transferi bu komandada “17” nömrəli formanı geyinəcək.