Xvalko Şamaxıdakı qalmaqaldan danışdı: "Kapitan kimi səbrli olmalı idim"
- 02 Dek 2024 11:00
- 374
Son turun Şamaxıda oynanılan "Şamaxı" - "Kəpəz" matçını sonluğu gərginliyi ilə diqqət çəkdi və hətta futbolçular arasında gərginlik də yaşandı. Buna səbəb isə hesabda öndə olan "Kəpəz" futbolçusunun yerdə qalması, "Şamaxı" tərəfinin də buna aqressiv reaksiyası oldu. Bu zaman sabiq "Kəpəz"li Kantarianın Yeqor Xvalko ilə dartışması, əl-qol mübahisəsi də diqqət çəkdi.
Rekord.az məlum qalmaqalla bağlı fikir öyrənmək üçün "Kəpəz"in kapitanı Xvalko ilə əlaqə saxladıq.
Belaruslu futbolçu olanları belə şərh etdi: "Oyun hər iki komanda üçün çox vacib idi. Bu mənada gərgin keçəcəyi gözlənilən idi. Sonluq daha gərgin alındı. Futbolda bu cür epizodların olması normaldı. Əslində biz orada komanda yoldaşımızı müdafiə edirdik. Çünki ona qarşı kobud hərəkət etdilər. Mən də buna görə özümü saxlaya bilməyib müdaxilə elədim. Bəli, razıyam ki, bir qədər aqressiv alındı, halbuki mən kapitan kimi səbrli olçalı idim. Amma oldu keçdi, əsas odur ki, oyundan sonra hər şey unudaq".