“Napoli” və Gürcüstan yığmasının vingeri Xviça Kvaratsxeliya Qızıl top” mərasimində Lionel Messi ilə görüşündən danışıb.

“Rekord.az” xəbər verir ki, o, “İnter Mayami”nin forvardı ilə söhbətini belə qeyd edib: “Messi məndən sağ tərəfdə oturmuşdu. Reklam fasiləsi zamanı bizə xəbərdarlıq etdilər ki, yerimizdən durmayaq, ona görə də mən durmadım. Birdən Leo ayağ qalxdı və mənə yaxınlaşdı. Nə baş verdiyini anlamadım, amma o əlini qaldırıb mənimlə salamlaşdı, əlimi sıxdı. Mən buna çox yüksək dəyər verirəm. Messi möhtəşəm insandı”.