XXI əsrdə ən çox oyun keçirmiş futbolçuların siyahısı açıqlandı
- 09 Yan 2024 17:45
- 237
2023-cü ilin başa çatmasından sonra XXI əsrdə ən çox oyun keçirmiş futbolçuların siyahısı yenilənib.
Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo birinci pillədəki mövqeyini qoruyub.
Fevralın 5-də 39 yaşı tamam olacaq hücumçu XXI əsrdə 1204 matçda meydanda olub.
Ümumilikdə 5 futbolçu azı 1000 oyun keçirib. İkinci sırada braziliyalı Fabio qərarlaşıb – 1202 oyun. Braziliya yığmasının digər sabiq üzvü Dani Alves isə 1056 oyunla üçüncü sırada qərarlaşıb.