XXI əsrin ən yaxşı 100 idmançısının siyahısı hazırlanıb.

Rekord.az xəbər verir ki, İspaniyanın "Marca" nəşri tərəfindən hazırlanan siyahıya üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps başçılıq edir.

İkinci yerdə isə atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt qərarlaşıb. İlk üçlüyü 20 Qrand Slam turnirinin qalibi olan Roje Federer tamamlayıb.

İlk onluğa daxil olan digər idmançılar:

Rafael Nadal (tennis)

Kobi Brayant (basketbol)

Tayqer Vuds (qolf)

Nospa_video_office

Lionel Messi (futbol)

Lüis Hemilton (Formula 1)

Valentino Rossi (motosiklet)

Kriştianu Ronaldu (futbol)