Basketbol üzrə Yunanıstan çempionatının "Lavrion" - "Olimpiakos" matçı baş tutmayıb.

Rekord.az xəbər verir ki, buna səbəb güclü yağışın yağması olub.

Belə ki, yağış nəticəsində matçın keçiriləccəyi zalın damı zədələnib və içəri su damıb. Nəticədə meydança su olub. Komandalar da bu vəziyyətdə isinmə hərəkətlərinə çıxmayıblar. Yunanıstan Basketbol Federasiyası isə matçı növbəti bazar gününə təxirə salıb.