"Barselona"nın baş məşqçisi Ronald Kuman Lionel Messinin klubdan ayrılmasını növbəti dəfə şərh edib.

Rekord.az "Diario Sport"a istinadən xəbər verir ki, o deyib ki, argentinalı hücumçunun gedişi onun üçün böyük şok olub:

"Yeni mövsüm üçün bütün planlar onun komadada varlığı nəzərə alınmaqla hazırlanmışdı. Leonel də çox motivasiyalı idi. Dünyanın ən yaxşı oyunçusunu belə itirmək acı verir. Yalnız Messi deyil, klubun simvolu getdi".

Qeyd edək ki, "Barselona" ilə müqaviləsi başa çatan Messi PSJ-yə keçib.