Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında baş tutan final matçından sonra İspaniya yığmasının futbolçusu Lamin Yamal xüsusi mükafata layiq görülüb.

Rekord.az xəbər verir ki, o, AÇ-2024-ün ən yaxşı gənc oyunçusu seçilib.

Ötən gün 17 yaşını tamamlayan hücumçu AÇ-2024-də İspaniya millisinin keçirdiyi 7 oyunun hər birində meydana çıxıb. O bu oyunların 6-da start heyətində yer alıb. Yalnız qrup mərhələsinin III turunda, Albaniya ilə oyunda sonradan meydana çıxıb. Futbolçu ümumilikdə 507 dəqiqə meydanda olub və bu müddətdə 1 qola, 4 məhsuldar ötürməyə imza atıb. İngiltərə ilə matçın 47-ci dəqiqəsində məhz L.Yamalın məhsuldar ötürməsini komanda yoldaşı Niko Uilyams qola çevirib.

İspaniya yığması finalda İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq 4-cü dəfə Avropa çempionu olub.