Yap Stam istefa verdi
- 29 Okt 2019 11:40
- 959
Hollandiyanın “Feyenoord” klubu baş məşqçisiz qalıb.
Rekord.az xəbər verir ki, Yap Stam baş məşqçi postundan getməyə qərar verib.
47 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb. O, istefası ilə bağlı bunları söyləyib:
“Mən çox və uzun müddət düşündüm. Sonda belə bir yekun qərara gəldim ki, getməyim həm klub, həm oyunçular, həm də mənim üçün daha yaxşı olar”.
Qeyd edək ki, Stam “Feyenoord”u bu ilin mart ayından çalışdırırdı. Komanda onun rəhbərliyi altında Hollandiya çempionatında keçirdiyi 11 oyundan sonra cəmi 14 xal toplayıb və 18 kollektiv arasında 12-ci sırada qərarlaşıb.