Futbol üzrə Yaponiya çempionatında koronavirus pandemiyası səbəbiylə yaranan fasilənin müddəti artırılıb.

Rekord.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Liqası məlumat yayıb.

Məlumatda, pandemiya səbəbiylə fevralın 25-dən yaranan fasilənin müddətinin artırıldığı və mayın 9-dək olan oyunların təxirə salındığı bildirilib.

Daha əvvəl çempionatın aprelin 3-dək dayandırılması qərara alınmışdı.