Yaponiyadan 2021-ci il üçün həyəcan təbili: Peyvənd tapılmasa...
- 29 Apr 2020 14:48
- 807
Növbəti il Tokio Yay Olimpiya Oyunlarının təşkili koronavirus peyvəndi tapılmayacağı təqdirdə, çətin olacaq.
Rekord.az xəbər verir ki, bu barədə Yaponiya Həkimlər Assosiasiyasının rəhbəri Yositake Yokokura bildirib.
O deyib ki, effektiv peyvənd olmasa, olimpiadanı keçirmək çətin olacaq. Yokokure dərman və peyvədlərin hazırlanması üçün tələsməli olduqlarını əlavə edib: “Oyunların keçirilməyəcəyini söyləmirəm, ancaq çətin olacağını deyirəm”.
Bu ilin 24 iyul - 9 avqust tarixində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.