![photo](https://www.rekord.az/storage/uploads/5/maya-yosida.jpeg)
Yaponiyalı futbolçu ABŞ klubuna keçdi
- 29 İyl 2023 12:32
- 366
“Şalke”nin sabiq müdafiəçisi Maya Yoşida karyerasını ABŞ-da davam etdirəcək.
Rekord.az xəbər verir ki, “Los Anceles Qalaksi” 34 yaşlı yaponiyalını heyətinə qatıb.
Yoşida karyerası ərzində İtaliyanın “Sampdoriya”, İngiltərənin “Sauthempton” kimi klublarında da çıxış edib.
Futbolçu 2010-2022-ci illərdə Yaponiya milli komandasının da formasını geyinib. O, DÇ-2022-də “samuraylar”ın heyətində kapitanlıq sarğısını daşıyıb.