Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üvzü Kristina Yaqubova Rusiyada çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Lipeçk" 23-cü turda "Sparta" ilə qarşılaşıb. 

Doğma meydanda baş tutan görüşə "Lipeçk" pis başlayıb və ilk seti uduzub. Sonradan təşəbbüsü ələ almağı bacaran komanda ardıcıl 3 hissəni aktivinə yazdırıb. 4 set davam edən matçda Kristina və rəfiqələri 3:1 (21:25, 25:20, 25:19, 25:16 ) hesablı qələbəni bayram ediblər. 

Komandasının 3 xalla ayrıldığı oyunda toppaylayıcımız 2 dəfə fərqlənib. Yaqubova bu xalları blokda qazanıb.