Yardımlı şəhər 1 saylı tam orta məktəbin idman zalında “Sağlam həyat” layihəsi çərçivəsində məşqçi – müəllim Ramal Əskərovun rəhbərliyi ilə ağır atletika idman növü üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbir yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb