Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Yardımlı Olimpiya İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində Kontakt karate idman növü üzrə master klass təşkil edilib.

Rekord.az xəbər verir ki, tədbirlərdə 30 nəfər rayon sakinləri iştirak etmiş və onların marağına səbəb olmuşdur.

Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali arasında kontakt karate idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.