Yarıda qalmış oyunun başlama saatı dəyişdirildi
- 29 Fev 2020 21:30
- 639
Futzal üzrə Yüksək Liqadanın 15-ci turu çərçivəsində keçiriləcək “Marafon” – “Araz” oyununun başlama saatı canlı yayımla əlaqədar dəyişdirilib.
Rekord.az xəbər verir ki, bazar ertəsi ölkə ərazisində kompleks profilaktika tədbirləri həyata keçiriləcək.
Buna görə də qarşılaşma martın 2-də əvvəlcədən təyin oldunduğu vaxtda deyil, saat 16:00-da Bakı İdman Sarayında baş tutacaq. Görüş CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Oyunu Əli Cəbrayılov, Anar Fərəcov və Ceyhun Hüseynovdan ibarət hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, bu komandalar arasında fevralın 20-də keçirilmiş oyun hakimlərin yanlış qərarı üzündən yarımçıq dayandırılmışdı.