Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.


Rekord.az xəbər verir ki, eyni gündə baş tutan matçlarda ilk olaraq "Zirə" "Aznur" kollektivinə 2:0 hesabı ilə qalib gəlib.


Ardınca isə "Birbaşa" "Qalaksi" komandasını 2:1 hesabı ilə üstələyib. Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında reallaşıb.


Tərəflər arasında cavab matçları 1 həftə sonra baş tutacaq.