
Yarımfinal oyunlarının təqvimi açıqlandı
- 14 Apr 2025 14:40
- 121
Voleybol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinin oyunarının tarixləri açıqlanıb. "Rekord.az" xəbər verir ki, qadın voleybolçuların Yüksək Liqasında yarımfinal qarşılaşmaları aprelin 15 və 17-də, kişilərin yarışında bu mərhələnin oyunları aprelin 16-da və 18-də keçiriləcək.
Qadın voleybolçuların birinciliyində yarımfinalda "Abşeron" - "Gəncə" və "AZERRAIL" - "Milli Aviasiya Akademiyası" qarşılaşmaları, kişilərin yarışında isə "Murov Az Terminal" - "Neftçi" və "AZERRAIL" - "Xilasedici" görüşləri baş tutacaq.
Bütün oyunlar GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. Matçlar CBC Sport və AVF-nin rəsmi Youtube kanalları ilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.
Yarımfinal oyunlarının təqvimi
Qadınlar (1-ci oyun)
15 aprel
15:00. “Abşeron” - “Gəncə”
17:00. “Milli Aviasiya Akademiyası” - “AZERRAIL”
Kişilər (1-ci oyun)
16 aprel
15:00. “Murov Az Terminal” - “Neftçi”
17:00. “AZERRAIL” - “Xilasedici”
Qadınlar (2-ci oyun)
17 aprel
15:00. “AZERRAIL” - “Milli Aviasiya Akademiyası”
17:00. “Gəncə” - “Abşeron”
Kişilər (2-ci oyun)
18 aprel
15:00. “Xilasedici” - “AZERRAIL”
17:00. “Neftçi” - “Murov Az Terminal”