Futbol üzrə Almaniya kubokunun yarımfinal matçlarının təqvimi müəyyənləşib.

Rekord.az xəbər verir ki, finala vəsiqənin sahibləri iyunun 9-10-da müəyyənləşəcək.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. İyunun 9-da "Saarbrüken" "Bayer"i qəbul edəcək. Növbəti gün isə "Ayntraxt" "Bavariya"nın qonağı olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.