Yarımfinalçılar bəlli oldular
- 14:20
- 45
Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal cütləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, raundun iştirakçılarına 1/4 final mərhələsinin cavab oyunlarından sonra aydınlıq gəlib.
Cavab matçlarında "Zirə" "Star Bakı"nı (8:0, ilk oyun 7:1), "Galaxy" "Sumqayıt"ı (8:3, ilk oyun 0:1), "Göyçə "Aznur"u (1:0, ilk oyun 3:6), "Birbaşa Bakı" "Laçın"ı (10:1, ilk oyun 13:0) məğlub edib.
Beləliklə, finala gedən yolda "Birbaşa Bakı" "Galaxy"nin, "Zirə" "Aznur"un müqavimətini qırmağa çalışacaq. İlk görüşlər fevralın 12-də baş tutacaq.