
“Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum”
- 09 Apr 2025 18:40
- 100
Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medal İslam Bazarqanovdan (57 kq) gəldi.
Rekord.az xəbər verir ki, bürünc medal qazanaraq ötənilki nəticəsini təkrarlayan milli üzvü təəssüratlarını bölüşüb:
“Bürünc medal görüşü gözlədiyimdən daha çətin keçdi. Bürünc medal qazandım. Hədəfim çempionluq idi. Çoxlu təlim-məşq toplanışları keçmişdik. Yaxşı formada idim. Əlbəttə, qalib gəlmək istəyirdim. Məşqçilərimizə və bizə hər cür şərait yaradan federasiyamıza təşəkkür edirəm.
Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum. Bilmirəm. Deməli, öz üzərimdə daha çox işləməliyəm.
Bundan sonra bir qədər istirahət edəcəyik. Daha sonra digər turnirlər və dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarına başlayacağıq”.