
Yarımfinalda iki ilk
- 15:40
- 36
İki komanda tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalında oynayacaq.
Rekord.az xəbər verir ki, cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan” kubok tarixində ən yaxşı nəticələrinə imza atıb.
Bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdır. 2022/23 mövsümündə də indiki kimi 2 komanda ilkə imza atıb. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.
Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.