Yarımfinalın püşkü atıldı
- 09 Mar 2020 18:00
- 790
Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinin cütləri məlum olub.
Rekord.az xəbər verir ki, turnirin son qalibi “Bavariya”, yarımfinal mərhələsində Frankfurt “Ayntraxt”ıyla qarşılaşacaq.
Regional Liqa təmsilçisi “Saarbrüken” isə bu mərhələdə Leverkuzen “Bayer”iylə üz-üzə gələcək.
Almaniya kubokunda yarımfinal mərhələsinin oyunları aprelin 21 və 22-də keçiriləcək.
Almaniya kuboku
Yarımfinal
Saarbrüken – Bayer
Bavariya – Ayntraxt