I Divizion komandaları hələlik məşqlərə başlamasa da bəzi komandalar heyətin qurulması ilə bağlı hazırlıqlara başlayıb.

Rekord.az xəbər verir ki, belə komandalardan biri də “Kəpəz”di.

Əldə etdiyimiz məlumata görə, hazırda Bakıda olan baş məşqçi  Yaşar Vahabzadə yenidən quracağı heyət üçün futbolçu toplayır, bəzi oyunçularla danışıq aparır.  Onların əksəriyyəti “Kəpəz”də oynamağa söz verib.