Məlum olduğu kimi, son zamanlar "Kəpəz" azarkeşlərinin klubun uğursuz çıxışına narazılığı artmaqdadır.

Rekord.az xəbər verir ki, bu yaxınlarda bir qrup fanat Gəncədə baş məşqçi Yaşar Vahabzadənin fəaliyyətinə etiraz əlaməti olaraq aksiya da keçirmişdi.

Klub rəhbərliyi isə aksiya yerinə polis çağıraraq onu dağıtmışdı. Bütün bunların fonunda Vahabzadənin hansı addımı atacağı da maraqlı idi. Çünki azarkeşlər faktiki, onu istəmir. Lakin əldə etdiyimiz məlumata görə, Yaşar bəy "Kəpəz"dən istefa vermək haqda düşünmür və rəhbərliyə bildirib ki, qalıb işinə davam edəcək.