“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov növbəti mövsümdən “Kəpəz”in baş məşqçisi ola bilər.

Rekord.az-a daxil olan məlumata görə, ötən ay Elxan Məmmədovla Mahmud Qurbanov arasında görüş olub.

Həmin görüşdə Mahmuda iki variant təklif olunub: millidə köməkçi məşqçi və “Kəpəz”in baş məşqçisi. Mahmud isə “Kəpəz” variantını daha uyğun bilib. Yəni “Kəpəz” olsun, amma baş məşqçi olsun. Deyilənə görə, məsələdən xəbər tutan “Kəzəp”in baş məşqçisi Yaşar Vahabzadə bu seçiminə görə Mahmuddan bərk inciyib.