"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Qarabağ"la "Neftçi" arasında gedən çempionluq mübarizəsinə münasibətini bildirib.

Rekord.az xəbər verir ki, qol.az-a müsahibəsində veteran müdafiəçi "Hansı komandanın çempion olmasını istərdiniz?" sualını cavablandırıb.

Vahabzadənin cavabı bu cür olub: "Əlbəttə "Neftçi"nin çempion olmasını istəyirəm. Çünki illərlə o komandanın şərəfini qorumuşam. Bu il də çempionluğa yaxındır. Təbii ki, "Qarabağ"da bizimdir, bura Azərbaycan çempionatıdır. Sadəcə, futbolçu kimi məni "Neftçi" Azərbaycana tanıdıb. Onlara və ümumiyyətlə hər bir komandaya uğurlar arzu edirəm".