"Kəpəz" yay transfer dönəmində I Divizionun ən aktiv komandası oldu.

Rekord.az xəbər verir ki, AFFA tərəfindən əlavə büdcə alan Gəncə təmsilçisi heyətini Premyer Liqa təcrübəsi olan futbolçuların da hesabına xeyli gücləndirdi.

Lakin cari mövsümün nəticələri ürəkaçan deyil. Düzdür, Yaşar Vahabzadənin komandası hələlik məğlubiyyət üzü görməyib. Lakin qələbələri də sıralamır. 6 oyuna cəmi 2 qələbə və 4 heç-heçə. Nəticədə turnir cədvəlində 5-ci pillə. Komandanın heyət və büdcə baxımından özündən zəif komandaların müqavimətini qıra bilməməsi gəncəli azarkeşlərin də səbr kasasını daşdırıb.Buna görə də Vahabzadədən narazıdırlar. Bu narazılıqlar isə hər ötən gün artmaqdadır.