"Barselona" prezidenti Joan Laporta gələcəkdə bir qadının klubun rəhbəri ola biləcəyini deyib.

Rekord.az xəbər verir ki, bu barədə o, ESPN-ə açıqlamasında bildirib:

“Yaxın 10 il ərzində "Barselona"nın prezidenti bir qadın olacaq. Qadınlar yüksək vəzifələrdə olmağa layiqdirlər. Bir çox qadın liderlər arasında olmağı bacarır və əminəm ki, onlardan biri 10 ildən az müddətdə bu klubun prezidenti olacaq".