“Araz-Naxçıvan” əvəzedici komanda ilə yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, əsas komandanın 3:1 hesablı qələbəsiylə bitən görüşdən sonra baş məşqçi Elmar Baxşıyev fikirlərini açıqlayıb:

“Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi. Son iki gündə daha çox məşq keçmişdik. İstəyimiz də yükləmə altında komandanı görmək idi. Onlara nə demişdiksə, hansı tapşırıqları vermişdiksə, meydanda bizə qaytardılar.

Hələ tam komplektləşməmişik. Bəzi mövqelər var ki, ora transferlər olacaq. Həmin mövqeləri gücləndirəcək futbolçularla danışıqlar demək olar, yekunlaşıb. Ömər Buludov və Miço Kuzmanoviç də xəstəlik səbəbindən bu matçda iştirak etmədilər. Vaxtımız var, dediyim kimi, qarşıdakı günlərdə heyətimizə yeni futbolçular qoşulacaq.

Mərkəz müdafiəçisinə, oyun qurucuya və hümçuya ehtiyac var. Yaxın günlərdə komanda tam komplektləşəcək”.