Bir müddətdir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işlərdə ləngimə var. Hətta bəzi günlərdə, ümumiyyətlə, iş aparılmır.

Lakin Rekord.az xəbər verir ki, ciddi narahatlığa əsas yoxdur.

Bir müddətdir ki, bankdan vəsait çıxarda bilməyən icraçı şirkət yaxın günlərdə problemi yoluna qoyacaq. Bu isə həm də yaxın günlərdə işlərin yenidən bərpa olunacağı deməkdir.