“Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.

Rekord.az "Zirə"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasının nəticəsi haqda fikirlərini bildirərkən deyib.

Mütəxəssis ilk təsnifat mərhələsində qarşılşacaqları “Şerif”in (Moldova) tanış rəqib olduğunu söyləyib: "Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm".