“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 4:3 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Parlaq oyun gördük, çoxlu qollar vuruldu. Sona qədər qalib müəyyən olmurdu. Əlbəttə, belə oyunlar fanatların çox xoşuna gəlir, amma məşqçilərin yox. Önəmli qələbə idi. Fanatlarımızı və komandamı təbrik edirəm.

Bu gün hücumda istədiklərimiz alındı. Bəzən rəqibin boşluqlarından istifadə edə bildik. Yenə 3 qol buraxdıq. Bu, qeyd olunmalıdır. Amma yaxşı olan gözəl qollar vurub, qalib gəlməyimizdir.

"Qarabağ"ın Aleksey İsayevlə maraqlanır? Əvvəlcə rəsmi təklif olsun, sonra danışaq. İndiki məqamda bunlar hamısı şayiədir. Və olmayan bir şey haqda danışmaq istəmirəm. Baxmaq lazımdır, Aleksey istəyir, ya yox. Mən getməsini istəməzdim”.