"Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Səbail"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 3:3 hesablı heç-heçə barədə bunları söyləyib:

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik. Bizdən gözləntilər çox idi. Birinci hissədə komanda çox yaxşı futbol oynadı. Bunun nəticəsində 2 qol vurduq. Gözlənilməz əvəzetmələr oldu. Bundan sonra oyunumuzda düşüş hiss olunurdu. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq. Son dəqiqələrdə Mate Kvirkiyanın vurduğu mükəmməl qolla 1 xal qazandıq. Birinci hissədə qələbəyə daha yaxın idik. Mükəmməl qoldan sonra heç-heçə də bizim üçün xoş oldu. Fasilədə futbolçulara tapşırdıq ki, diqqətli olun, oyun hələ bitməyib. Ani diqqətsizlik oldu. Komanda tam olaraq özünə gəlməmiş 2-ci qolu buraxdıq.

"Səbail"in stadionunun ot örtüyü bir az fərqlidir. Burada oynamaq çətin olur. Tovuzda da süni örtükdə oynayırıq, amma belə zədələr olmur.

Hakimlik haqda çox danışmağa dəyməz. Onlar da insandır. Baxış bucaqları fərqli ola bilər”.